Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 17:05-dən 17:55-dək və 21:35-dən 21:45-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini;
- saat 18:40-dan 18:45-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:40-dək və oktyabrın 22-də saat 01:00-dan 01:30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Qızıloba və Seysulan  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:15-dək və 01:10-dan 01:20-dək fasilələrlə Ağdam rayonunun Nəmirli, Cəvahirli və Sarıcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:30-dan 22:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.