Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 19-da saat 23:15-dən 23:25-dək Ermənistan Respublikası Noyemberyan rayonu Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini;
- saat 14:00-dan 14:30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:15-dən 20:45-dək və oktyabrın 20-də saat 00:10-dan 00:21-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:10-dan 21:20-dək, 00:35-dən 00:55-dək və 03:05-dən 03:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdurrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:30-dan 22:38-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.