Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 2008 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Braşov şəhərində HHQ zabitləri üçün ingilis dili kursu (orta səviyyəli) (05 oktyabr 2008-06 fevral 2009); HHQ zabitləri üçün ingilis dili kursu (təkmilləşdirilmiş) (01 oktyabr 2008- 06 fevral 2009); Sibiu şəhərində NATO Rabitə prosedurları kursu (06-24 oktyabr); Buxarest şəhərində İntensiv ingilis dili kursu (orta səviyyəli) (13 oktyabr 2008-04 mart 2009);   Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Çavuşların Sülhməramlı Əməliyyatlara hazırlığı üzrə təlim kursu (01 oktyabr-14 noyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Naumberq, Münhen şəhərlərində Tibb xidməti zabiti kursu (01 oktyabr 2008-31 mart 2010); Hürt, Drezden şəhərlərində Quru Qoşunları zabiti kursu (02 oktyabr 2008-31 oktyabr 2011); Hürt, Flenzburq şəhərlərində HDQ zabiti kursu (02 oktyabr 2008-31 dekabr 2011);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Görmə sahəsi analitiki oftolmoloji müşahidə lazeri kursu (03 oktyabr 2008-06 fevral 2009); Türkiyə Quru Qoşunları Məktəbini (KHO) ziyarət və məktəbin 2008-2009-cu təlim-tədris ilinə açılış mərasimində iştirak (05-07 oktyabr); İzmir  şəhərində Partlatma üsulları, mina və mina tələləri üzrə gizirlər üçün kurs (06-17 oktyabr); İstanbul şəhərində Hərbi Akademiyada təhsil (Quru qoşunları, Hava qüvvələri, Dəniz qüvvələri) (06 oktyabr 2008- 31 iyul 2009);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Reno şəhərində 51-ci illik Bioloji Təhlükəsizlik konfransı (14-22 oktyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.