Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 13:20-dən 13:30-dək, 18:45-dən 18:55-dək və 19:55-dən 20:05-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi, İcevan rayonu Azatamut və Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 12:05-dən 12:35-dək, 18:30-dan 19:00-dək, 19:25-dən 21:25-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Çaylı, Seysulan və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 19:50-dən 20:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:30-dan 20:50-dək Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 23:25-dən 23:40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.