Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 13-də saat 19:00-dan 19:30-dək, 20:00-dan 20:15-dək və oktyabrın 14-də saat 01:30-dan 01:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Ayqepar, İcevan rayonu Berkaber, Noyemberyan rayonu Vazaşen kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Bala Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 18:45-dən 18:55-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli  kəndi yaxınlığında yerləşən mövqelərdən;
- oktyabrın 14-də saat 05:55-dən 06:10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 06:00-dan 06:15-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 06:10-dan 06:15-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.