Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 9-da saat 11:30-dan 11:40-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:00-dan 17:15-dək, 21:30-dan 21:55-dək, 22:35-dən 23:05-dək və oktyabrın 10-da saat 03:20-dən 04:00-dək, 05:20-dən 05:30-dək fasilələrlə Tərtər rayonunun Göyarx, Seysulan və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən;  
- saat 22:25-dən 22:30-dək və oktyabrın 10-da saat 01:45-dən 02:05-dək Ağdam rayonunun Yusifcanlı və Cəvahirli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.