Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Oktyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 8-də saat 20:25-dən 21:00-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinarlı kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxanəbi və Qoşa kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 11:30-dan 11:55-dək, 18:10-dan 18:30-dək, 22:35-dən 23:00-dək və oktyabrın 9-da saat 03:30-dan 04:10-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;  
- saat 18:02-dən 18:10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- oktyabrın 9-da saat 00:20-dən 00:40-dək Ağdam rayonunun Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında  yerləşən mövqelərdən
- saat 01:50-dən 02:25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 03:00-dan 03:30-dək və 06:40-dan 06:50-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 06:30-dan 06:50-dək Cəbrayıl rayonunun Mehdili və Cocuq Mərcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.