AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 28-də Goranboy rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Sentyabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çjan Xayçjounu qəbul etmişdir.
Həmin gün general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Sentyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığı komandanının müavini Uiliam Uordu və nümayəndə heyətini qəbul etmişdir.
Sentyabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Beynəlxalq Hərbi Qərargahının direktor müavini – Əməkdaşlıq və Regional Təhlükəsizlik İdarəsinin rəisi vitse admiral Deniz Kutluku və nümayəndə heyətini qəbul etmişdir.
Sentyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin missiyasını başa vurmuş rəhbəri xanım Meri Verntsi və yeni təyin olunmuş rəhbəri cənab Martin Maşeri qəbul etmişdir.
Sentyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini cənab Cim Makduqalı və nümayəndə heyətini qəbul etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilir.
Həmin gün general-polkovnik S.Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tenistokles Demidisi, Yunanıstan Respublikası Silahlı Q28 oktyabr-3 noyabr 2006-cı il tarixləri arasında Bakı şəhərində Hərbçilərin Güləş üzrə 24-cü Dünya Çempionatı keçiriləcək.
Həmin gün general-polkovnik S.Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tenistokles Demidisi, Yunanıstan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı sabiq hərbi attaşesi briqada generalı İoannis Soliası və yeni hərbi attaşesi polkovnik Seoharis Militiades Kollatosu qəbul etmişdir.