Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri doktor Lauri Bristounu qəbul etmişdir.
Doktor L.Bristou qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək gəlişinin məqsədini açıqlamış və sabiq hərbi attaşe polkovnik-leytenant Kristofer Con Nannın öz missiyasını başa vurması haqqında ona məlumat vermiş və yeni hərbi attaşe polkovnik-leytenant Nikolas Ridautu general-polkovnik S.Əbiyevə təqdim etmişdir.
General-polkovnik S.Əbiyev qeyd etmişdir ki, Azərbaycan-Böyük Britaniya əlaqələri inkişaf etməkdədir. Arzu edərdim ki, hərbi əlaqələrimiz də inkişaf etsin.
Sonra o, yeni hərbi attaşe polkovnik-leytenant N.Ridautu təyinatı münasibətilə təbrik edərək, Azərbaycan-Böyük Britaniya arasında hərbi əməkdaşlığın inkişaf etməsində ona uğurlar arzulamışdır.
General-polkovnik S.Əbiyev sabiq hərbi attaşe polkovnik-leytenant K.C.Nanna fəaliyyətinə görə təşəkkür edərək onu tərxis olunması münasibətilə təbrik etmiş, can sağlığı, xoşbəxtlik və uğurlar arzulamışdır.
Sabiq hərbi attaşe polkovnik-leytenant K.C.Nann Böyük Britaniya-Azərbaycan hərbi əlaqələrinin inkişaf etməsinə şərait yaratdığına görə general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir.
Görüş zamanı general-polkovnik S.Əbiyev və doktor L.Bristou hər iki dövlətin mənafeinə xidmət edən məsələlər ətrafında fikir mübadiləsi etmişlər.