Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Sentyabr 2006 00:02

Müdafiə Nazirliyinin məlumatı

Həmin gün general-polkovnik S.Əbiyev Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tenistokles Demidisi, Yunanıstan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı sabiq hərbi attaşesi briqada generalı İoannis Soliası və yeni hərbi attaşesi polkovnik Seoharis Militiades Kollatosu qəbul etmişdir.
Səfir T.Demidis qəbul üçün Müdafiə nazirinə təşəkkür edərək gəlişinin məqsədini açıqlamış və sabiq hərbi attaşe briqada generalı İ.Soliasın öz missiyasını başa vurması haqqında ona məlumat vermiş və yeni hərbi attaşe polkovnik S.Militiades Kollatosu general-polkovnik S.Əbiyevə təqdim etmişdir.
General-polkovnik S.Əbiyev sabiq hərbi attaşe briqada generalı İ.Soliasa fəaliyyətinə görə təşəkkür etmiş, yeni hərbi attaşe polkovnik S.Militiades Kollatosa Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafında uğurlar arzulamışdır.
Briqada generalı İ.Solias Yunanıstan-Azərbaycan hərbi əlaqələrinin inkişaf etməsinə şərait yaratdığına görə general-polkovnik S.Əbiyevə təşəkkür etmişdir.  
Yeni hərbi attaşe S.Militiades Kollatos Azərbaycana hərbi attaşe təyin olunduğundan böyük məmnunluq duyduğunu və Azərbaycan-Yunanıstan hərbi əlaqələrinin inkişafında əlindən gələni edəcəyini bildirmişdir.