AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 31-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcəkdir.
Mayın 25-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Serqey Kiriçenko Bakıya rəsmi səfərə gelmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 23-də Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- mayın 22-dən 26-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Terrorizmdən müdafiə” və “Böhranların idarə olunması” kursları, Kişinyov şəhərində (Moldova) “Kooperativ Longbow/Lancer 2006” təliminin yekun planlaşdırma konfransı; mayın 22-dən iyunun 2-dək Budapeşt şəhərində (Macarıstan) “İngilis dili müəllimləri üçün hərbi terminologiya” təlim seminarı;- mayın 23-dən 24-dək Sevastopol şəhərində (Ukrayna) “Kooperativ Marlin 2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.
Mayın 19-da Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Uilyam Tom Hobbinsi və nümayəndə heyətini qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 10-da saat 23:25-dən 23:30-dək Füzuli rayonunun ərazisindəki yüksəklikdə yerləşən mövqelərindən;mayın 11-də saat 01:50-dən 03:45-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan ara-sıra atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 11-də Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- mayın 10-dan 26-dək Baumholder şəhərində (Almaniya Federativ Respublikası) “Combined Endeavour-2006” təlimi; - mayın 11-də Brüssel şəhərində (Belçika Krallığı) NATO-nun Ali Mülki Planlaşdırma Komitəsinin plenar iclası keçirilir.
Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev faşizm üzərində qələbənin 61-ci ildönümü münasibətilə bir qrup veteranı qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində mayın 2-dən 4-dək Konstanta şəhərində (Rumıniya) “Kooperativ Mako-2006” təliminin yekun planlaşdırma konfransı keçirilir.