AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 20:26-da Noyamberyan rayonunun Vozkevan kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini;- saat 23:35-dən 23:45-dək Krasnoselsk rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki üzbəüz mövqelərini;- aprelin 13-də saat 00:00-dan 00:10-dək İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli və Qızılhacılı kəndləri yaxınlığındakı mövqelərini; - saat 00:55-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən kəndin özünü avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16:20-də Ermənistan Respublikası Noyamberyan rayonunun Berdavan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərini; - saat 22:05-dən 22:15-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Şavarsavan kəndi, Qazax rayonunun işğal olunmuş Boğanis Ayrım və Aşağı Əskipara kəndləri sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- aprelin 9-dan 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiənin transformasiyası” üzrə konfrans; - aprelin 10-dan 14-dək Bakı şəhərində “Beynəlxalq Humanitar Hüquq” kursu; - aprelin 10-dan iyunun 30-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Aprelin 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 7-də saat 15:00-dan 15:10-dək Ermənistan Respublikası Krasnoselsk rayonunun ərazisindəki Laqziyal dağında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun ərazisindəki üzbəüz mövqelərini;- saat 19:10-dan 19:15-dək Qazax rayonunun işğal olunmuş Boqanis Ayrım kəndinin 0,5 km.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 6-da saat 11:20-dən 11:25-dək Qazax rayonunun Quşçu Ayrım kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü; - saat 14:00-dan 14:30-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü atıcı silahlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 4-də saat 14:55-dən 15:00-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Voskevan kəndinin 3 km.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 6-da Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 17:55-dən 18:00-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin 1,7 km.
Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti cənab Yakob Kellenbergeri qəbul etmişdir.