NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- aprelin 9-dan 11-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) “Müdafiənin transformasiyası” üzrə konfrans;
- aprelin 10-dan 14-dək Bakı şəhərində “Beynəlxalq Humanitar Hüquq” kursu;
- aprelin 10-dan iyunun 30-dək Budapeşt şəhərində (Macarıstan Respublikası) “Hərbi ingilis dili” kursu keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi planına uyğun olaraq aprelin 17-dən 21-dək Ankara şəhərində “Separatçı hərəkətlərin terrorizmə təsiri” mövzusunda kurs;
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi planına uyğun olaraq aprelin 10-dan iyunun 1-dək York şəhərində “İngilis dili” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.