Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 12-də saat 20:26-da Noyamberyan rayonunun Vozkevan kəndi    sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı mövqelərini;
- saat 23:35-dən 23:45-dək Krasnoselsk rayonunun ərazisindəki yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki üzbəüz mövqelərini;
- aprelin 13-də saat 00:00-dan 00:10-dək İcevan rayonunun Berkaber kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli və Qızılhacılı kəndləri yaxınlığındakı mövqelərini;
- saat 00:55-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən kəndin özünü avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.