ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq aprelin 6-da Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski, Harri Eronen və Piter Ki keçirəcəklər.