Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 11-də saat 16:20-də Ermənistan Respublikası Noyamberyan rayonunun Berdavan kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki üzbəüz mövqelərini;
- saat 22:05-dən 22:15-dək Ermənistan Respublikası Noyamberyan rayonunun Şavarsavan kəndi, Qazax rayonunun işğal olunmuş Boğanis Ayrım və Aşağı Əskipara kəndləri sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.  
İtki yoxdur.