Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Aprel 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 3-də saat 17:55-dən 18:00-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndinin 1,7 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;
- saat 21:30-dan 22:00-dək Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndinin 2,5 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Əhmədağalı kəndi yaxınlığında yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.  
İtki yoxdur.