AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- noyabrın 13-dən 25-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Cooperative Associate 2005” təlimi;- noyabrın 14-dən 19-dək Ohrid şəhərində (Makedoniya Respublikası) “Combined Endeavor 2006” təliminin ilkin konfransı;- noyabrın 14-dən 25-dək Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Əməliyyat Qüvvələri üzrə IV təlim”;- noyabrın 14-dən dekabrın 2-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhməramlı əməliyyatlarda hərbi müşahidəçi” kursu keçirilir.
Noyabrın 10-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Hafizi qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 7-dən 18-dək:- Budapeşt şəhərində (Macarıstan Respublikası) “Pilotlar, dispetçerlər və operatorlar üçün hava əməliyyatları üzrə yüksək səviyyəli ingilis dili” kursu;- Braşov şəhərində (Rumıniya Respublikası) “Müəllimlər üçün taktiki ingilis dili” təlim seminarı keçirilir.
Noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Detlev Lingemannı və hərbi attaşesi briqada generalı Peter Şafraneki qəbul etmişdir.
Noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bəhreyn Krallığının Azərbaycanda qeyri-rəsmi səfərdə olan Müdafiə naziri general-leytenant Şeyx Xəlifə Bin Əhməd Əl Xəlifəni və nümayəndə heyətini qəbul etmişdir.
Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının rəhbəri cənab Girt-Henrix Arensi və nümayəndə heyətini qəbul etmiş, Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələri haqqında onlara məlumat vermişdir.