Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 7-dən 18-dək:
- Budapeşt şəhərində (Macarıstan Respublikası) “Pilotlar, dispetçerlər və operatorlar üçün hava əməliyyatları üzrə yüksək səviyyəli ingilis dili” kursu;
- Braşov şəhərində (Rumıniya Respublikası) “Müəllimlər üçün taktiki ingilis dili” təlim seminarı keçirilir.
Azərbaycan Respublikası ilə Rumıniya Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, noyabrın 7-dən 9-dək Buxarest şəhərində “Fərdi Tərəfdaşlığın Əməliyyat Planının həyata keçirilməsi” üzrə təcrübə mübadiləsi;  
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, noyabrın 7-dən 18-dək İzmir şəhərində “Partlayıcı maddələrin, minaların texnikası və tələ minalar” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.