Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının rəhbəri cənab Girt-Henrix Arensi və nümayəndə heyətini qəbul etmiş, Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçılıq müharibəsinin nəticələri haqqında onlara məlumat vermişdir.
Müdafiə naziri Milli Məclisə seçkilər ərəfəsində hərbi hissələrdə görülən hazırlıq işləri haqqında qonaqları məlumatlandırmış, cənab G.H.Arensi və nümayəndə heyətinin digər üzvlərini maraqlandıran suallara ətraflı cavab vermişdir.