AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- noyabrın 28-dən dekabrın 2-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli maddi-texniki təminat mərkəzi” kursu;- noyabrın 28-dən dekabrın 9-dək Qarmiş Partinkirxen şəhərində (Almaniya Federativ Respublikası) “İngilis dili üzrə test mütəxəssisləri üçün seminar” keçirilir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq noyabrın 24-dən 25-dək Varşava şəhərində hərbi-texniki əməkdaşlıq üzrə məsləhətləşmələr aparılır.
Noyabrın 23-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:20-dən 14:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 1.5 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- noyabrın 21-dən 24-dək Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Mülki-hərbi əməkdaşlıq” üzrə konfrans;- noyabrın 21-dən 25-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Mülki Fövqəladə Planlaşdırma və Mülki-Hərbi Əməkdaşlıq” kursu keçirilir.
Noyabrın 18-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 13:25-dən 13:45-dək Tərtər rayonunun Borsunlu kəndinin 3,7 km qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 19-da Ağdam rayonunun Baş Qərvənd kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Noyabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO Baş Katibinin Təhlükəsizlik və Tərəfdaşlıq üzrə yardımçısının müavini, Baş Katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Robert Simmonsu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində noyabrın 17-də Brüssel şəhərində (Belçika Krallığı) Avro-Atlantik Tərəfdaşlıq Şurası çərçivəsində Ali Mülki Fövqəladə Planlaşdırma Komitəsinin İclası keçirilir.
Noyabrın 15-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri saat 17:44-dən 17:54-dək Xanlar rayonunun ərazisindəki Ömər dağının işğal olunmuş 1 km cənub-qərbində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini pulemyotlardan atəşə tutmuşlar.