Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- noyabrın 28-dən dekabrın 2-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Çoxmillətli maddi-texniki təminat mərkəzi” kursu;
- noyabrın 28-dən dekabrın 9-dək Qarmiş Partinkirxen şəhərində (Almaniya Federativ Respublikası) “İngilis dili üzrə test mütəxəssisləri üçün seminar” keçirilir.
Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, noyabrın 29-dan dekabrın 1-dək Kiyev şəhərində Ukrayna və Azərbaycan Silahlı Qüvvələri Tibb Xidmətləri arasında əməkdaşlığın yaradılması üzrə işçi görüşü keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.