ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 29-da Füzuli rayonunun Qaraxanbəyli kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oleksandr Samarski və İmre Palatinus keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayandəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Harri Eronen, Piter Ki və Jiri Aberle keçirəcəklər.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.