NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- noyabrın 21-dən 24-dək Tbilisi şəhərində (Gürcüstan Respublikası) “Mülki-hərbi əməkdaşlıq” üzrə konfrans;
- noyabrın 21-dən 25-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) “Mülki Fövqəladə Planlaşdırma və Mülki-Hərbi Əməkdaşlıq” kursu keçirilir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, noyabrın 21-dən 25-dək Bakı şəhərində hərbi təhsil sahəsində əməkdaşlıq üzrə işçi görüşü keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.