Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 2005 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- noyabrın 13-dən 25-dək Skopye şəhərində (Makedoniya Respublikası) “Cooperative Associate 2005” təlimi;
- noyabrın 14-dən 19-dək Ohrid şəhərində (Makedoniya Respublikası) “Combined Endeavor 2006” təliminin ilkin konfransı;
- noyabrın 14-dən 25-dək Brunsum şəhərində (Niderland Krallığı) “Çoxmillətli Əməliyyat Qüvvələri üzrə IV təlim”;
- noyabrın 14-dən dekabrın 2-dək Ankara şəhərində (Türkiyə Respublikası) “Sülhməramlı əməliyyatlarda hərbi müşahidəçi” kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.