Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2005 00:02

Müdafiə Nazirliyinin məlumatı

Noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Detlev Lingemannı və hərbi attaşesi briqada generalı Peter Şafraneki qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan-Almaniya münasibətləri yüksələn xəttlə inkişaf edir. Hərbi sahədə də əməkdaşlığımız yaxşı vəziyyətdədir və biz hərbi əməkdaşlıq haqqında Sazişin lahiyəsini sizə təqdim etmişik. Ümid edirik ki, tezliklə bu Saziş imzalanacaqdır.
Səfir D.Lingemann qəbul üçün general-polkovnik S.Əbiyevə təşəkkür edərək söyləmişdir ki, biz tez-tez baş tutan görüşlərmizi Almaniya-Azərbaycan əməkdaşlığının uğurla inkişaf etdirilməsinə dəstək kimi qiymətləndiririk.
Briqada generalı P.Şafranek hərbi əməkdaşlıq lahiyəsinin müzakirə prosesində olduğunu və Azərbaycanda hərbi attaşelik missiyasının başa çatdığını qeyd etmişdir.
General-polkovnik S.Əbiyev ona hərbi attaşelik müddətində Azərbaycan-Almaniya əməkdaşlğını uğurla inkişaf etdirdiyinə görə təşəkkür etmiş, gələcək işlərində və həyatında uğurlar arzulamışdır.  
Görüş zamanı Azərbaycan-Almaniya hərbi əməkdaşlığının perspektivləri müzakirə edilmişdir.