Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 İyul 2004 00:01

İyulun 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanı general Robert Foqlesonqu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 28 İyul 2004 00:00

İyulun 27-də saat 23:30-dan saat 00:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Ayqepar kəndinin şərqində və cənub-şərqində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndini və Azərbaycan Silahlı Qüvvələrinin kənd sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 27 İyul 2004 00:01

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 28-də Azərbaycan Respublikası və Ermənistan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəm kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 22 İyul 2004 00:00

İyulun 21-də saat 22:35-dən 23:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 20 İyul 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) “Böhranların idarə olunması” üzrə kurs, iyulun 20-dən 22-dək Sofiya şəhərində (Bolqarıstan) “Hərbi-mülki əməkdaşlıq sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi” üzrə işçi görüşü və iyulun 21-dən 23-dək Neapol şəhərində (İtaliya) “İctimai informasiya” seminarı keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 16 İyul 2004 00:01

İyulun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk Qrupunun həmsədrləri cənab Stiven Mən (ABŞ), cənab Anri Jakolen (Fransa Respublikası) və cənab Yuri Merzlyakovu (Rusiya Federasiyası) qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyul 2004 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 12-dən 16-dək Oberammerqau şəhərində (Almaniya) “Çoxmillətli birgə maddi-texniki təminat mərkəzi” üzrə kurs, iyulun 12-dən 23-dək Andermatt şəhərində (İsveçrə) “Yay dağ təlimi kursu” və iyulun 13-dən 15-dək Bratislava şəhərində (Slovakiya) zabitlər üçün brifinqlər kursu” keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 9 İyul 2004 00:01

Bakıda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Prezidenti cənab Pərviz Müşərrəf iyulun 9-da ona ayrılmış iqamətgahda Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevi qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyul 2004 00:01

İyulun 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi cənab Xeyki Talvityenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 İyul 2004 00:03

İyulun 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Latviya Respublikası Müdafiə Nazirliyinin dövlət katibi cənab Edqars Rinkeviçsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.