Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 İyul 2004 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyulun 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) “Böhranların idarə olunması” üzrə kurs, iyulun 20-dən 22-dək Sofiya şəhərində (Bolqarıstan) “Hərbi-mülki əməkdaşlıq sahəsində əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi” üzrə işçi görüşü və iyulun 21-dən 23-dək Neapol şəhərində (İtaliya) “İctimai informasiya” seminarı keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.