Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 17 İyun 1999 00:00

İyunun 16-da saat 14:20-dən 15:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə şəhərinin 8 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndi istiqamətindəki mövqelərini atıcı silahlardan və qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 1999 00:02

Azərbaycan Respublikası il NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 18-dən 26-dək Kanadanın Kvebek şəhərində “Kooperativ Best Effort-99” sülhməramlı təlimləri keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 1999 00:01

İyunun 16-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alessandro Fallavollitani, Türkiyə və Azərbaycan Respublikasındakı hərbi attaşesi I dərəcəli kapitan Karlo Ferratonu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 16 İyun 1999 00:00

İyunun 15-də saat 16:15-dən 16:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələri Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 İyun 1999 00:01

İyunun 14-də saat 04:30-dan 09:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə şəhəri yaxınlığındakı Aşağı Orataq kəndi sahəsindəki mövqelərdən bir tabura qədər (300 nəfərə yaxın) canlı qüvvə ilə, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndi sahəsindəki mövqelərini zəbt etmək məqsədilə 3 dəfə hücuma keçməyə cəhd göstərmişlər.

Müdafiə Nazirliyinin məlumatı 13 İyun 1999 00:01

İyunun 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat İdarəsinin qərargah rəisi xanım Barbara Dakuorsu, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu və onları müşayiət şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 12 İyun 1999 00:00

İyunun 12-də saat 09:30-dan 09:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Noemberyan rayonunun Barekamavan yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qaymaqlı kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 11 İyun 1999 00:01

İyunun 11-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Bakıda işgüzar səfərdə olan, NATO-nun cənub-şərqi Avropadakı Birləşmiş Quru Qüvvələri Qərargah-mənzili Komandanının müavini general-leytenant Recinald Klemmonsu və onu müşayiət edən şəxsləri qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 1999 00:02

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 7-dən 21-dək Kemplejun şəhərində (ABŞ-ın Şimalı Karolina ştatı) “Kooperativ Osprey-99” komanda-qərargah təlimləri keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 8 İyun 1999 00:01

İyunun 8-də Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində çoxmillətli sülhməramlı “Kooperativ Determineyşn-99” təlimlərinin planlaşdırılması və keçirilməsi üzrə Əsas konfrans öz işinə başlamışdır.