AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində iyunun 7-dən 21-dək Kemplejun şəhərində (ABŞ-ın Şimalı Karolina ştatı) “Kooperativ Osprey-99” komanda-qərargah təlimləri keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.