Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 1999 00:00

Müdafiə Nazirliyinin məlumatı

İyunun 16-da saat 14:20-dən 15:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə şəhərinin 8 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndi istiqamətindəki mövqelərini atıcı silahlardan və qumbaraatanlardan atəşə tutmuşlar.
Düşmənə cavab atəşi açılmışdır. Döyüş zamanı hər iki tərəf itki vermişdir.
Həmin gün saat 20:30-dan 21:05-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini atıcı silahlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.