Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 1999 00:01

Müdafiə Nazirliyinin məlumatı

İyunun 14-də saat 04:30-dan 09:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə şəhəri yaxınlığındakı Aşağı Orataq kəndi sahəsindəki mövqelərdən bir tabura qədər (300 nəfərə yaxın) canlı qüvvə ilə, Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qızıloba kəndi sahəsindəki mövqelərini zəbt etmək məqsədilə 3 dəfə hücuma keçməyə cəhd göstərmişlər. Düşmən bölmələri hücum zamanı atıcı silahlardan, minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etmişlər.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmən qüvvələrinə vaxtında və qətiyyətlə müqavimət göstərmiş və erməni tərəfi böyük itkilər verərək əvvəlki mövqelərinə geri çəkilmişdir.
Dörd saat yarım davam edən döyüşdə 4 nəfər Azərbaycan əsgəri yaralanmış, iki nəfər isə öz səngərində həlak olmuşdur.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, Silahlı Qüvvələr bundan sonra da düşmənin hər bir hücumuna belə qətiyyətlə cavab verməyə hazırdır. Baş vermiş münaqişə üçün bütün məsuliyyət Ermənistan Respublikasının üzərinə düşür.