AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev general Səid Şərifin rəhbərliyi altında Pakistan Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir.
Mayın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev 28 May Respublika günü münasibətilə Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanında onların məzarı üzərinə əklil qoymuşdur.
Mayın 27-də NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Silahlı Qüvvələri ilə tanışlığı davam etmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 29-da Ermənistan-Azərbaycan cəbhəsinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi sahəsində qoşunların təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Mayın 26-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev NATO-nun Baş Katibinin siyasi məsələlər üzrə köməkçisi Klaus-Peter Klayberi və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Mayın 28-də Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərb məktəbində təhsil alan azərbaycanlı kursantların hərbi andiçmə mərasimi keçiriləcəkdir.
Mayın 24-də saat 20:00-dan 21:00-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Krasnoselsk rayonunun ərazisində yerləşən Sarıyal yüksəkliyindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunun Mutudərə kəndi istiqamətində yerləşən mövqelərini avtomatik qumbaraatanlardan və iriçaplı pulemyotlardan atəşə tutmuşlar.
Mayın 24-dən 27-dək Tofiq Bəhramov adına Respublika stadionunda yüngül atletika üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birinciliyi keçirilir.
Mayın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyev Amerika Birləşmiş Ştatları Müdafiə nazirinin müavini doktor Edvard L.Uorneri və onu müşayiət edən şəxsləri qəbul etmişdir.
Mayın 17-də saat 00:10-dan 00:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun ərazisində yerləşən Paravakar yaşayış məntəqəsinin şimal-şərqindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.