AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Mayın 28-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev 28 May Respublika günü münasibətilə Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş qəhrəmanların uyuduğu Şəhidlər Xiyabanında onların məzarı üzərinə əklil qoymuşdur. Əklilqoyma mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi və Silahlı Qüvvələrin nümayəndələri iştirak etmişlər.