ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 29-da Ermənistan-Azərbaycan cəbhəsinin Goranboy rayonu Tapqaraqoyunlu kəndi sahəsində qoşunların təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqdə Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra yardımçıları, eləcə də ATƏT-in Ali Səviyyəli Planlaşdırma Qrupunun nümayəndələri iştirak edəcəklər.
ATƏT-in şəxsi nümayəndəsinin səhra yardımçılarından ibarət başqa bir qrup isə monitorinqi əks tərəfdə həyata keçirəcək.