Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 15-dən 16-dək Qudauri şəhərində (Gürcüstan) “Regional təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 1998 00:00

Oktyabrın 13-də saat 20:10-dan 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Köhnəqışlaq və Bala Cəfərli kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Oktyabr 1998 00:01

Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Hərb məktəbinin komandanı general-leytenant İşık Koşanərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 10 Oktyabr 1998 00:00

Oktyabrın 10-da saat 11:40-dan 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsinin şərqində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərini pulemyotlardan və avtomatlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 8 Oktyabr 1998 00:00

Oktyabrın 8-də saat 00:30-dan 00:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri işğal olunmuş Ağdərə rayonunun Göyarx (keçmiş Levonarx) yaşayış məntəqəsi ərazisindəki mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Tərtər rayonunun Çaylı kəndi sahəsindəki mövqelərini pulemyotlardan və qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq oktyabrın 9-da NATO-nun mənzil-qərargahı yerləşən Brüssel şəhərində (Belçika Krallığı) “Fövqəladə vəziyyətlərdə mülki xidmətlərin istifadəsinin planlaşdırılması üzrə” Baş Komitənin plenar iclası, oktyabrın 10-dan 14-dək NATO-nun Döyüş Hazırlığı komitəsinin ikinci görüşü, oktyabrın 12-dən 16-dək isə Lissabon şəhərində (Portuqaliya) NATO-nun “Maliyyə siyasəti və onun prosedurları” məsələləri üzrə 48-ci görüş keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 7 Oktyabr 1998 00:00

Oktyabrın 6-da saat 22:35-dən 23:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy rayonunun işğal olunmuş Talış kəndinin şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həmin rayonun Borsunlu kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 Oktyabr 1998 00:02

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə uyğun olaraq oktyabrın 6-dan 8-dək Almaniya Federativ Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 5 Oktyabr 1998 00:01

Oktyabrın 5-də Həzi Aslanov adına Mərkəzi Zabitlər evində Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir.

Müdafiə Nazirliyinin məlumatı 5 Oktyabr 1998 00:01

Oktyabrın 5-də isə saat 04:30-da Ermənistan Silahlı Qüvvələrinin Yexeqnadzor rayonunun Barsruni yaşayış məntəqəsi ərazisində yerləşən bölmələri Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Babək rayonunun Aşağı Buzqov kəndi sahəsindəki mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.