AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 10-da saat 11:40-dan 12:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsinin şərqində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərini pulemyotlardan və avtomatlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.