Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 13-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Quru Hərb məktəbinin komandanı general-leytenant İşık Koşanərin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Müdafiə naziri qonaqları salamladıqdan sonra iki dövlətin Silahlı Qüvvələri arasındakı qarşılıqlı əlaqələrini, o cümlədən hərbi təhsil sistemi sahəsində təcrübə mübadiləsinin vəziyyətindən, bu əlaqələrin daha da yaxşılaşdırılması zərurətindən söhbət açmışdır.
Sonra general-polkovnik S.Əbiyev Türkiyə Quru Hərb Məktəbində təhsil almış azərbaycanlı zabitlərin hazırlıq səviyyəsindən razı qaldığını bildirmiş və Azərbaycanın hərbi məktəblərində təhsilin vəziyyəti barədə qonaqlara məlumat vermişdir. O, Türkiyə Respublikasından və türkdilli respublikalardan gənclərin Azərbaycanın hərbi məktəblərində təhsil almalarını məsləhət görmüşdür.
General-leytenant İşık Koşanər səmimi qəbul və maraqlı məlumatlar üçün Müdafiə nazirinə minnətdarlığını bildirmiş, Azərbaycanın hərbi məktəbləri müəllimlərinin Türkiyə hərbi məktəblərinə təcrübə mübadiləsinə gəlmələrini arzulamış və Türkiyə Quru Hərb Məktəbinin Azərbaycanın hərbi məktəblərinə hər cür yardım göstərməyə hazır olduğunu söyləmişdir.
Sərbəst fikir mübadiləsi şəraitində keçən görüşdə general-polkovnik S.Əbiyev qonaqları maraqlandıran suallara cavab vermişdir.
Görüşdə Müdafiə nazirinin Hərbi Təhsil və Kadrlar üzrə müavini polkovnik M.Beydullayev və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi general-mayor Sadıq Ercan iştirak etmişlər.