AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 15-dən 16-dək Qudauri şəhərində (Gürcüstan) “Regional təhlükəsizlik üzrə əməkdaşlıq haqqında” seminar keçiriləcəkdir.
Tədbirdə NATO üzvü olan dövlətlərlə yanaşı, tərəfdaş ölkələrin, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.