Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 5-də Həzi Aslanov adına Mərkəzi Zabitlər evində Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Görüşdə Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi general-mayor Əli Kazımov, Hüquq şöbəsinin rəisi polkovnik Rafiq Ramazanov və Mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikov Respublika Prezidentinin 14 sentyabr tarixli fərmanına uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının 1998-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırışı” mövzusunda görüş iştirakçılarına ətraflı məlumat vermişlər. Qeyd edilmişdir ki, Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün xeyli hazırlıq işləri görülmüş və bunun nəticəsidir ki, Respublika çağırış məntəqəsində gənclərin Silahlı Qüvvələrə növbəti çağırışı mütəşəkkil həyata keçirilir.
General-mayor Ə. Kazımov bildirmişdir ki, son illərdə gənclərin ordu sıralarına çağırışı ildə 4 dəfə aparılır və bunun nəticəsində də xidmət müddətini başa vurmuş əsgərlərin tərxis olunması ardıcıl surətdə həyata keçirilir. Mətbuat nümayəndələrinin suallarına uyğun olaraq görüşdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tarixindən, ordu quruculuğu prosesində aparılan işlərdən də hərtərəfli söhbət açılmışdır. Kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərin toxunduqları çoxsaylı suallara hərtərəfli və konkret cavablar verilmişdir.