Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 28 Oktyabr 1998 00:00

Oktyabrın 27-də saat 11:00-dan 14:08-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri İcevan rayonunun Berkaber yaşayış məntəqəsi ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Məzəmli kəndi sahəsində yerləşən bölmələrini müxtəlif növ atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq oktyabrın 26-da Brüssel şəhərində (Belçika Krallığı) “Neft avadanlıqlarına xidmət edilməsi” məsələləri üzrə işçi qrupun görüşü, oktyabrın 26-dan 27-dək hərbi standartlaşdırma məsələləri üzrə tərəfdaş ölkələr üçün simpozium, oktyabrın 26-dan 30-dək isə Oberammergau şəhərində (AFR) NATO-nun “Avropada təhlükəsizlik üzrə əməkdaşlıq” və tərəfdaş ölkələrlə NATO-nun çoxmilli qüvvələri üzrə kursları keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 24 Oktyabr 1998 00:00

Oktyabrın 24-də saat 02:30-dan 02:50-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Ararat rayonunun ərazisində yerləşən Ucubis yüksəkliyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Sədərək rayonu ərazisində yerləşən mövqelərini avtomatik silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 22 Oktyabr 1998 00:01

Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə nazirinin səlahiyyətlərini icra edən general-polkovnik S.Əbiyev NATO-nun Genişləndirilməsi və Yeni Demokratik Ölkələr üzrə Köməkçi Komitəsinin sədri cənab Luik Buvardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 22 Oktyabr 1998 00:00

Oktyabrın 21-də saat 20:10-dan 20:45-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsindəki mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 17 Oktyabr 1998 00:00

Oktyabrın 16-da saat 20:55-dən 21:10-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Şuraabad və Nəmirli kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin əks mövqedə yerləşən bölmələrini atıcı silahlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 1998 00:01

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 19-dan 23-dək Xaydelberq şəhərində (AFR) NATO-nun “Sülhün qorunub saxlanması əməliyyatları məsələləri” üzrə seminar keçiriləcəkdir.

Müdafiə Nazirliyinin məlumatı 16 Oktyabr 1998 00:00

Oktyabrın 15-də saat 14:25-dən 15:30-dək və 19:00-dan 21:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonunun Paravakar yaşayış məntəqəsi sahəsindəki mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazax rayonunun Köhnəqışlaq kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Oktyabr 1998 00:01

Oktyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının Rusiya Federasiyasındakı və Azərbaycan Respublikasındakı hərbi attaşesi polkovnik Kristofer Lenqtonu və Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Devid Tonqu qəbul etmişdir.

Müdafiə Nazirliyinin məlumatı 14 Oktyabr 1998 00:02

Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 13-dən 14-dək Böyük Britaniyanın “Xay Uaykomb” hərbi bazasında NATO-nun əməkdaşlığın əlaqələndirilməsi üzrə konfransı; oktyabrın 13-dən 15-dək Budapeşt şəhərində (Macarıstan) Mülki Əhalinin Müdafiəsi Komitəsinin seminarı keçirilir.