Azərbaycan Respublikası ilə NATO arasındakı fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində oktyabrın 13-dən 14-dək Böyük Britaniyanın “Xay Uaykomb” hərbi bazasında NATO-nun əməkdaşlığın əlaqələndirilməsi üzrə konfransı; oktyabrın 13-dən 15-dək Budapeşt şəhərində (Macarıstan) Mülki Əhalinin Müdafiəsi Komitəsinin seminarı keçirilir.
Tədbirlərdə NATO üzvü olan dövlətlərlə yanaşı, tərəfdaş ölkələrin, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndələri də iştirak edirlər.