Oktyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə nazirinin səlahiyyətlərini icra edən general-polkovnik S.Əbiyev NATO-nun Genişləndirilməsi və Yeni Demokratik Ölkələr üzrə Köməkçi Komitəsinin sədri cənab Luik Buvardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamladıqdan sonra nümayəndə heyətinin üzvlərinə Azərbaycan-Ermənistan müharibəsinin tarixi, Azərbaycan Respublikası Silahlı Qüvvələri quruculuğu, ölkəmizin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirakı və ordumuzun NATO standartlarına uyğun olaraq təşkil edilməsi barəsində məlumat vermişdir.
Nümayəndə heyətinin başçısı cənab Luik Buvard Azərbaycan Respublikası Silahlı Qüvvələrinin NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirak etməsindən məmnun qaldığını, ətraflı söhbət və səmimi qəbula görə minnətdarlığını bildirmişdir.