Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 1998 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə NATO arasında imzalanmış fərdi proqrama uyğun olaraq oktyabrın 26-da Brüssel şəhərində (Belçika Krallığı) “Neft avadanlıqlarına xidmət edilməsi” məsələləri üzrə işçi qrupun görüşü, oktyabrın 26-dan 27-dək hərbi standartlaşdırma məsələləri üzrə tərəfdaş ölkələr üçün simpozium, oktyabrın 26-dan 30-dək isə Oberammergau şəhərində (AFR) NATO-nun “Avropada təhlükəsizlik üzrə əməkdaşlıq” və tərəfdaş ölkələrlə NATO-nun çoxmilli qüvvələri üzrə kursları keçiriləcəkdir.
Bütün tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.