Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Oktyabr 1998 00:00

Müdafiə Nazirliyinin məlumatı

Oktyabrın 24-də saat 02:30-dan 02:50-dək Ermənistan Respublikası Silahlı Qüvvələrinin bölmələri Ararat rayonunun ərazisində yerləşən Ucubis yüksəkliyindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan MR-nın Sədərək rayonu ərazisində yerləşən mövqelərini avtomatik silahlardan atəşə tutmuşlar.
Oktyabrın 24-də saat 05:00-dan 07:00-dək isə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam rayonunun işğal olunmuş Mərzili kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin həmin rayonun Qiyaməddinli kəndi ərazisindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.