AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə uyğun olaraq oktyabrın 6-dan 8-dək Almaniya Federativ Respublikasının inspeksiya qrupu Azərbaycan Respublikası Silahlı Qüvvələrində inspeksiya keçirəcəkdir. Çoxmillətli inspeksiya qrupuna Portuqaliya, Yunanıstan və Hollandiya Silahlı Qüvvələrinin nümayəndələri də daxildirlər.