AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Noyabrın 4-dən 6-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə seminar keçiriləcək.
1997-ci il oktyabrın 20-dən 24-nə qədər ATƏT-in Yüksək səviyyəli Planlaşdırma Qrupunun təkrar kəşfiyyat (rekoqnossirovka) missiyası respublikamızda olmuşdur.
1997-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev Amerika Birləşmiş Ştatların NATO-dakı səfiri cənab Robert Xanteri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
1997-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışı olmuşdur.
1997-ci il oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının (QAİA) nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 6-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müxtəlif bayram tədbirləri keçirilmişdir.
1997-ci il oktyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 6-cı ildönümü münasibətilə Mərkəzi Zabitlər Evində təntənəli yığıncaq keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1997-ci il oktyabrın 3-də Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir.