Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

1997-ci il oktyabrın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev Qərbi Avropa İttifaqı Assambleyasının (QAİA) nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinin rəhbəri, Fransa Milli Assambleyasının deputatı cənab Jak Bomel səmimi qəbul üçün Azərbaycan Respublikasının müdafiə nazirinə minnətdarlığını bildirmiş, Qərbi Avropa İttifaqının tərkibi, strukturu və vəzifələri, onun humanitar missiyalı bir təşkilat olduğu, Avropada təhlükəsizlik və müdafiə proqramı ilə fəaliyyət göstərdiyi, regional konfliktlərin həllində iştirak etməsi haqqında ətraflı məlumat vermişdir. Azərbaycan Respublikası rəhbərliyinin Qafqaz regionunda tarazlaşdırıcı siyasət yeritdiyini və sabitliyə nail olmaq istəyini xüsusilə qeyd etmişdir.
Daha sonra Azərbaycan Respublikasının müdafiə naziri general-leytenant Səfər Əbiyev regiondakı mövcud hərbi-siyasi vəziyyət haqqında danışmış, Ermənistan-Azərbaycan münaqişəsinin yaranma səbəblərini açıqlamış, Azərbaycan Silahlı Qüvvələri haqqında nümayəndə heyətinə məlumat və onların suallarına cavab vermişdir.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri Yusif Vəkilov, Fransanın Azərbaycandakı səfirinin birinci müşaviri xanım Silviya Başlo və digər rəsmi şəxslər iştirak etmişlər.