Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Oktyabr 1997 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant Səfər Əbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti 1997-ci il oktyabrın 3-də Moskvada MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmişdir. İclasın gündəliyinə Birliyin Kollektiv Təhlükəsizlik Şurasının, MDB ölkələri dövlət və hökumət başçıları Şuralarının müzakirəsinə təqdim ediləcək məsələlər, həmçinin Müdafiə nazirləri Şurasının məsələləri daxil idi.
İclasda eyni zamanda Tacikistan Respublikasında və Abxaziya (Gürcüstan) münaqişə zonasında sülhün qorunub saxlanılması əməliyyatlarının yerinə yetirilməsi üzrə birliyin dövlət başçıları Şurasının qərarlarının həyata keçirilməsinin gedişi haqqında məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Müdafiə naziri general-leytenant S.Əbiyev iclasda çıxış etmişdir. Nümayəndə heyəti oktyabrın 4-də axşam Bakıya qayıtmışdır.