Noyabrın 4-dən 6-dək Bakıda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Kooperativ Demand-97” çoxmillətli komanda-qərargah təlimlərinin planlaşdırılması üzrə seminar keçiriləcək. Seminarda iştirak etmək üçün Bakıya NATO üzvü və tərəfdaş dövlətlərin, o cümlədən, Amerika Birləşmiş Ştatları, Türkiyə, Portuqaliya, Macarıstan, Rumıniya, Bolqarıstan, Albaniya, Makedoniya, Ukrayna, Kazaxıstan, Qırğızıstan, Gürcüstan, Özbəkistan və Türkmənistanın nümayəndə heyətlərinin gəlişi gözlənilir.
Dekabrın 1-dən 5-dək İstanbulda keçiriləcək “Kooperativ Demand-97” təlimlərində Azərbaycan Respublikası Silahlı Qüvvələri zabitlərinin iştirakı planlaşdırılır.